Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Vahid böyük şəhər bələdiyyəsi modeli yaradılsın -...
Vahid böyük şəhər bələdiyyəsi modeli yaradılsın - TƏKLİF
Siyasət

Vahid böyük şəhər bələdiyyəsi modeli yaradılsın - TƏKLİF

Xpress.az Redaksiyası 13.02.2026 11:53

Azərbaycanın iri şəhərlərində vahid böyük şəhər bələdiyyəsi modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.

O, Bakı şəhərini nümunə gətirərək paytaxtda 45 bələdiyyənin fəaliyyət göstərdiyini bildirib:

"Amma bu bələdiyyələrin birləşib vahid böyük şəhər bələdiyyəsi formatında fəaliyyət göstərməsi kifayət qədər effektiv olar".

Milli Məclisin digər deputatı Fazil Mustafa da bu təklifi dəstəklədiyini söyləyib:

"Digər şəhərləri deyə bilmərəm, amma Bakıda bu modeli tətbiq etmək mümkün kimi görünür".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək