Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Eminin 10 aylıq səfirlik “macərası”:
Eminin 10 aylıq səfirlik “macərası”:
Cəmiyyət

Eminin 10 aylıq səfirlik “macərası”: “Saçını rənglədi, qadın paltarı geyindi” - VİDEO

Xpress.az Redaksiyası 15.02.2026 20:01

Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavab verdi.

Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.

Xpress.az oxu.az-a istinadən Emin Hüseynovun “səfirlik macərası”nın bəzi məqamlarını yada salır:

Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik “amerikalı hərbçi xanımla evli olan” Hüseynovun bu istəyini rədd edir.

“Azadlıq radiosu” məsələni belə qələmə verir:

“Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: “Mənə necə kömək edə bilərsiniz? Həbs oluna bilərəm”. Hoqan deyir ki, kömək edə bilməz”.

Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

“O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, qadın paltarı geyindi. Emin, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı”, - başqa bir mənbə deyir.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.

Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək