Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanda ilk dəfə Dağ Xizəyi üzrə Beynəlxalq T...
Azərbaycanda ilk dəfə Dağ Xizəyi üzrə Beynəlxalq Turnir keçirilir -
Ana səhifə

Azərbaycanda ilk dəfə Dağ Xizəyi üzrə Beynəlxalq Turnir keçirilir - FOTO

Xpress.az Redaksiyası 08.01.2026 16:50

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.

Xpress.az xəbər verir ki, tədbirin açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan Respublikalarından müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə idmançılar Dağ Xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparıblar.

Yarışın nəticəsinə uyğun olaraq Gürcüstanla idmançı Nino Thklauri 1-ci yerə,İsveçli atlet Nikita Anner 2-ci yerə,Özbəkistanlı xizəkçi Kseniya Brejnaya 3-cü yerə sahib olublar.

Turnir çərçivəsində Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında əməkdaşlığa və gələcək layihələrə, o cümlədən qış idmanının Azərbaycanda tanıdılması və infrastrukturun yaradılması, idman tədbirlərinin keçirilməsi istiqamətində görülən işlərə dair brifinq təşkil olunub, medianı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, turnir yanvarın 10-a qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Məlumat üçün bildirək ki, ötən ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı tanıtımının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə FIS tərəfindən təşkil olunan qlobal yarışlarda “Qlobal Destinasiya Tərəfdaşı” qismində çıxış edəcək. Xatıraladaq ki, tərəfdaşlıq müqaviləsinə əsasən cari ilin 14-15 mart tarixlərində ilk dəfə olaraq Azərbaycan Moqul üzrə Dünya Kubokunun final mərhələsi ev sahibliyi edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək