Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Tibbi bankalardan hansı hallarda istifadə etmək ol...
Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?
Sağlamlıq

Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?

Xpress.az Redaksiyası 16.03.2026 09:30

Banka qoymaq xalq təbabətində istifadə olunan üsullardan biridir və adətən soyuqdəymə, öskürək və bel-kürək ağrıları zamanı tətbiq olunur.

Metbuat.az xəbər verir ki, bu zaman şüşə banka dərinin üzərinə qoyulur və içəridə yaranan vakuum dərini bir qədər içinə çəkir. Bunun nəticəsində həmin nahiyədə qan dövranının artdığı düşünülür.

Xalq arasında banka qoymağın soyuqdəymə və öskürək zamanı sinəni açdığı, nəfəs almağı yüngülləşdirdiyi və bədəndəki gərginliyi azaltdığı deyilir. Həmçinin bel və kürək nahiyəsində olan əzələ ağrılarını bir qədər yüngülləşdirə bildiyi də qeyd olunur. Bəzi insanlar isə bunun bədəndə yığılan “soyuğu və yeli çıxardığını” düşünürlər.

Banka qoyulduqdan sonra dəridə tünd dairələr və ya göyərmələr əmələ gələ bilər. Bu, vakuumun təsiri ilə həmin nahiyədə qan dövranının dəyişməsi ilə bağlıdır və adətən bir neçə gün ərzində keçir. Bununla belə, bu üsuldan istifadə edərkən ehtiyatlı olmaq və çox tez-tez tətbiq etməmək məsləhət görülür.

Həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və temperatur zamanı banka qoyulması əks təsir göstərə bilər. Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək