Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məh...
Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məhsulların mənşəyi nədir?
Cəmiyyət

Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məhsulların mənşəyi nədir?

Xpress.az Redaksiyası 05.08.2026 17:17

Brend geyimləri daha münasib qiymətə almaq istəyənlərin üz tutduğu Outlet mağazaları ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar var. Bəzi istifadəçilər burada satılan məhsulların geyinilmiş olduğunu iddia edir. Başqa sözlə, “Second hand”in adı dəyişdirilmiş, yanıldıcı variantıdır.

Bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Outlet mağazalarında satılan məhsulların mənşəyi nədir?

Şəhərin bir neçə Outlet mağazaları ilə məsələni araşdırdıq. Geyim üzrə mütəxəssislər diqqətə çatdırdılar ki, Outlet mağazalarında keçən kolleksiyalardan olan, satılmayıb anbarda qalmış mallar, qablaşdırması zədələnmiş və ya xırda defektli geyim və aksessuarlar satılır.

Mağazalardan onu da bildirdilər ki, alıcılarda geyinilmiş mal təəssüratının yaranmasına səbəb olan bir məqam var: 

Bəzi Outletlərdə alınıb bir-neçə gündən sonra müştəri tərəfindən geri qaytarılmış, yaxud vitrindən asıldığı üçün müştərilərin tez-tez üzərində yoxladığı məhsullar da ola bilər.

Belə hallarda müştəri onu geyinilmiş hesab edə bilər.

Həmçinin qeyd olundu ki, Outlet adı altında ikinci əl məhsullar satan kiçik mağazalar insanlarda qarışıqlıq yaradır. Lakin tanınmış geyim brendlərinin Outletləri mağazalar şəbəkəsinin nüfuzuna xələl gətirməməyə çalışırlar. İstənilən halda vətəndaşın şübhəsi yaranarsa, yerindəcə satış mütəxəssisinə iradını bildirməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək