Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Aviaşirkətlər çətin vəziyyətə düşdü -
Aviaşirkətlər çətin vəziyyətə düşdü -
Dünya

Aviaşirkətlər çətin vəziyyətə düşdü - VİDEO

Xpress.az Redaksiyası 05.08.2026 13:25

Yüzlərlə pilot İrlandiyanın büdcəli "Ryanair" aviaşirkətinə qarşı məzuniyyət pulunun ödənilməməsi ittihamı ilə London məhkəməsində iddia qaldırıb.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

İddianın təşəbbüskarı "Ryanair"də dörd il işləmiş keçmiş pilot Riçard Fillips olub. Onun bu addımını şirkətin 260-dan çox əməkdaşı dəstəkləyib.

Qeyd edək ki, "Ryanair" reyslərin, sərnişinlərin sayına və hava donanmasının həcminə görə Avropanın ən böyük aviaşirkətidir.

"EasyJet France" aviaşirkətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları isə əmək şəraitinin pisləşməsi səbəbindən avqustun 7-dən sentyabrın 2-dək tətil elan ediblər.

Vurğulanıb ki, aksiyaların keçirilmə tarixi hələ dəqiqləşdiriləcək. Bununla yanaşı, işçilərin nümayəndələri "EasyJet France" administrasiyası tərəfindən razılıq veriləcəyi halda, şirkət rəhbərliyi ilə danışıqları davam etdirməyə və tətil barədə xəbərdarlığı ləğv etməyə hazır olduqlarını bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək