Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Elm, təhsil və sənayenin birləşdiyi
Elm, təhsil və sənayenin birləşdiyi
Təhsil

Elm, təhsil və sənayenin birləşdiyi YENİ UNİVERSİTET - VİDEO

Xpress.az Redaksiyası 05.08.2026 13:51

İki dövlətin tarixi qardaşlığı müasir elmin mərkəzində birləşib.

Xpress.az xəbər verir ki, 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanan Anlaşma Memorandumu ilə regionun yeni akademik cazibə mərkəzi - Türkiyə-Azərbaycan Universiteti yaradılıb.

Türkiyənin nüfuzlu ali təhsil müəssisələri - Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin güclü təhsili Azərbaycan Texniki Universitetinin dəstəyi ilə eyni çətir altında, burada birləşib.

Hazırda 174 tələbənin təhsil aldığı universitetdə 3 ixtisas üzrə tədris aparılır:

- Kompüter mühəndisliyi;

- Sənaye mühəndisliyi;

- Qida mühəndisliyi.

Sizə qlobal rəqabət meydanında önə keçmək üçün hər şey təklif olunur:

- Dövlət sifarişi əsasında qəbul;

- Tam ingilis dilində təhsil;

- Müasir laboratoriyalar və real sənaye əməkdaşlığı ilə eyni anda nəzəriyyə və praktika;

- Sərhədləri aşan, beynəlxalq səviyyədə tanınan iki diplom!

Türkiyə-Azərbaycan Universiteti yeni tədris ilində ölkəmizin istedadlı gənclərini beynəlxalq təhsil mühitinə dəvət edir. Qlobal rəqabət meydanına hazırsınız? Gələcəyinizi lider universitetlərin akademik gücü ilə qurun!

Türkiyə-Azərbaycan Universiteti - güc birlikdədir!

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək