Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olun...
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlanıb
Cəmiyyət

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlanıb

Xpress.az Redaksiyası 05.08.2026 17:12

Azərbaycan fotoqrafiyasının 165 illiyi münasibətilə “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanan markanın tərtibatında ölkəmizdə çəkilmiş ilk məlum fotoşəkillərdən istifadə olunub.

Bu poçt markası Azərbaycan fotoqrafiyasının başlanğıcını əks etdirən tarixi görüntülərin filateliya vasitəsilə əbədiləşdirilməsinə xidmət edir. Bununla da Azərbaycan foto sənətinin formalaşmasının ən qiymətli vizual nümunələrindən biri ilk dəfə poçt markasında əks olunub. Marka ölkəmizdə foto sənətinin keçdiyi inkişaf yoluna verilən dəyərin ifadəsi olmaqla yanaşı, bu zəngin irsin filateliya vasitəsilə beynəlxalq ictimaiyyətə tanıdılmasına da mühüm töhfə verəcək.
Qeyd edək ki, sözügedən poçt markası Belçika Poçtu tərəfindən 4,000 nüsxə tirajla blok şəklində çap olunub.

Məlumat üçün bildirək ki, Azərbaycanda foto sənətinin əsası 1861-ci ildə,  Bakı buxtasının dənizdən panoramik görüntülərinin çəkilməsi ilə qoyulub. Həmin görüntülər Azərbaycan ərazisində çəkilmiş ilk məlum fotoşəkillər hesab olunur və milli fotoqrafiyamızın başlanğıcını simvolizə edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək