Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm "Kəndinə qayıt" verilişinin yeni buraxılışı Lahıca...
"Kəndinə qayıt" verilişinin yeni buraxılışı Lahıca həsr olunub -
Turizm

"Kəndinə qayıt" verilişinin yeni buraxılışı Lahıca həsr olunub - VİDEO

Xpress.az Redaksiyası 23.03.2026 17:07

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışı İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr olunub.

Xpress.az xəbər verir ki, bu məqsədlə çəkiliş qrupu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edib.

Verilişin müəllifi və aparıcısı Kəmalə Bədəlova tamaşaçılara məlumat verib ki, Lahıc qəsəbəsi İsmayıllı rayonu ərazisində yerləşən, qədim tarixə malik olan sənətkarlıq mərkəzidir. Qəsəbə, xüsusilə, misgərlik ənənələri, daş döşənmiş küçələri və bu günədək qorunub saxlanılan qədim memarlıq mühiti ilə tanınır.

Aparıcı K.Bədəlova Lahıc İcma Evinə, Lahıc Tarix-Diyarşünaslıq Muzeyinə, Bədöyün məscidinə baş çəkib.

O, çəkiliş çərçivəsində qəsəbə ağsaqqalı Qurban Qurbanov, Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi Maarif Əliyev, sənətkarlardan misgər Nəzər Əliyev, papaqçı Abdulla Cəfərov, nalbənd Zülfüqar Muradov və Lahıcı ziyarət edən xarici turistlərlə həmsöhbət olub, Novruz bayramının Lahıcda necə qeyd edilməsi barədə sakinlərin xatirələrini dinləyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək