Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq İdman etmədən əzələ yığmağın qeyri-
 İdman etmədən əzələ yığmağın qeyri-
Sağlamlıq

İdman etmədən əzələ yığmağın qeyri- adi yolu tapıldı

Xpress.az Redaksiyası 25.03.2026 09:38

İdman etmədən əzələ yığmağın qeyri-adi yolu tapıldı

Alimlər insanın fiziki gücünə birbaşa təsir edən qeyri-adi kəşfə imza atıblar. İspaniyanın Almeriya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, bağırsaqlarımızda yaşayan "Roseburia inulinivorans" adlı bakteriya əzələlərin həm həcmini, həm də dözümlülüyünü artırmaq qabiliyyətinə malikdir.

Demokrat.az xəbər verir ki, bu mikroorqanizm bədəndəki enerji mübadiləsini tənzimləyərək fiziki göstəriciləri yaxşılaşdırır.

Təcrübə çərçivəsində müxtəlif yaş qruplarından olan könüllülərin bağırsaq mikroflorası analiz edilib. Məlum olub ki, bu bakteriyanın çox olduğu şəxslərdə əzələ gücü digərlərinə nisbətən xeyli yüksəkdir. Xüsusilə yaşlı insanlarda bu mikrobun mövcudluğu əl sıxma gücünü 30 faizə qədər artırır. Gənclərdə isə həmin bakteriya təkcə gücə deyil, həm də ürək-damar dözümlülüyünə müsbət təsir göstərir.

Alimlər nəticələri dəqiqləşdirmək üçün laboratoriya siçanları üzərində də sınaqlar aparıblar. Bakteriya yeridilən heyvanların əzələ liflərinin böyüdüyü və onların daha sürətli hərəkət etdiyi müşahidə olunub.

Ekspertlər hesab edir ki, bu kəşf gələcəkdə idmançılar və əzələ zəifliyindən əziyyət çəkən yaşlılar üçün xüsusi əlavələrin hazırlanmasına yol aça bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək