Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyond...
TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib
Texnologiya

TikTok 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib

Xpress.az Redaksiyası 20.04.2026 11:08

Aparıcı video platforma olan TikTok Azərbaycanda icmanın təhlükəsizliyini prioritet olaraq qorumağa davam edir. Yaradıcılıq üçün rahat mühit yaratmaq məqsədilə platforma innovativ texnologiyalardan istifadə edir, dünya üzrə on minlərlə mütəxəssisi cəlb edir, alət və resurslarını davamlı olaraq təkmilləşdirir.

Milli.Az xəbər verir ki, bu səylər çərçivəsində TikTok Azərbaycan dilində yeni Etibar və Təhlükəsizlik Mərkəzini istifadəyə verib. Bu mərkəz İcma Qaydalarını, Şəffaflıq Mərkəzini və faydalı məlumat resurslarını vahid bir strukturda birləşdirir. Bu da istifadəçilərə zəruri məlumatları daha sürətli və rahat şəkildə tapmağa imkan verir, şirkətin etibar və təhlükəsizlik məsələlərinə sadiqliyini nümayiş etdirir.

Xüsusilə, Şəffaflıq Mərkəzi platforma qaydalarının tətbiqi ilə bağlı məlumatlara açıq çıxış təmin edir. Buraya silinmiş kontent barədə məlumatlar da daxildir və bu məlumatlar TikTok-un rüblük hesabatlarında mütəmadi olaraq dərc edilir.

TikTok platforması 2025-ci il ərzində Azərbaycanda 3,6 milyondan çox videonu silib.

2025-ci ilin yekunlarına görə, TikTok Azərbaycanda əvvəlki illə müqayisədə daha çox kontenti silib:
• İcma Qaydalarının pozulması səbəbi ilə 3,6 milyondan çox video silinib (2024-cü ildə təxminən 3,1 milyon kontent vahidi silinmişdi).
• Videoların 99,3%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib (2024-cü ildə bu göstərici 97% təşkil edirdi).
• Videoların 96,3%-i dərc edildikdən sonrakı 24 saat ərzində silinib (2024-cü ildə bu göstərici 94% idi).

Platforma dünya üzrə nə qədər kontenti silib

2025-ci ilin yekunlarına görə, dünya üzrə:
• İcma Qaydalarının pozulması səbəbi ilə 780 milyondan çox video silinib
• Videoların 99,1%-i proaktiv şəkildə, yəni şikayət edilməzdən əvvəl silinib
• Videoların 94,2%-i dərc edildikdən sonrakı 24 saat ərzində silinib

Gənc istifadəçilərin təhlükəsizliyi

TikTok platforması yalnız 13 yaşına çatmış istifadəçilər üçün nəzərdə tutulub və platformanın moderator komandası bu yaş həddinə çatmamış istifadəçilərə aid hesabları müəyyən edib silir. Beləliklə, 2025-ci il ərzində dünya üzrə 13 yaşından kiçik istifadəçilərə aid təxminən 93,5 milyon hesab silinib.

Canlı yayımların təhlükəsizliyi

2025-ci ildə platforma TikTok LIVE populyar canlı yayımları çərçivəsində icma təhlükəsizliyinə xüsusi diqqət yetirib. TikTok-da qeyd ediblər ki, dayandırılmış canlı yayımların sayı əhəmiyyətli dərəcədə artıb və müəlliflərə qarşı tədbirlər, o cümlədən monetizasiyanın dayandırılması və xəbərdarlıqlar tətbiq olunub.

2025-ci il ərzində dünya üzrə təxminən 131 milyon canlı yayım İcma Qaydalarının pozulması səbəbi ilə bloklanıb. 2025-ci ilin ikinci rübündən etibarən TikTok canlı yayımlarda monetizasiya qaydalarının tətbiqi ilə bağlı məlumatları açıqlamağa başlayıb. Bu tədbirlər pozulan kontentin monetizasiyasının qarşısını almağa yönəlib. Əvvəlcə müəlliflərə xəbərdarlıqlar göndərilir ki, onların kontentinin qaydalara uyğun olmaya biləcəyini başa düşsünlər və dəyişiklik etməyə imkanları olsun. Əgər pozuntular davam edirsə, TikTok müəllifin canlı yayımlarda monetizasiya funksiyasına çıxışını məhdudlaşdıra bilər. Beləliklə, 2025-ci ilin üç rübü ərzində dünya üzrə təxminən 24 milyon canlı yayıma və 12,5 milyon müəllifə xəbərdarlıqlar və monetizasiyanın dayandırılması daxil olmaqla tədbirlər tətbiq olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək