Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Komitə ilə bağlı yeni qərar
Komitə ilə bağlı yeni qərar
Ana səhifə

Komitə ilə bağlı yeni qərar ETİRAZ DOĞURDU: Gözlənilənlərin tam əksinə olaraq... - FOTO

Xpress.az Redaksiyası 29.04.2026 11:03

“Hökumət, deyəsən, qərar verib ki, insanların, biznesin, sahibkarların pozitiv gözləntilərinin əksinə olan nə varsa, həmin addımları atsın. Uzun zamandır müzakirə olunurdu ki, Azərbaycanda Dövlət Gömrük Komitəsinin ayrıca, müstəqil, özü də rütbəli məmurlardan ibarət olan qurum kimi fəaliyyətinə ehtiyac yoxdur. Çoxdan təklif var ki, Komitə ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinə birləşdirilsin, hərbi rütbələr ləğv edilsin. Gömrük gözə görünməz, iş adamlarına mane olmayan, nazirliklərin birinin tərkibində departament kimi fəaliyyət göstərsin, bir çox səlahiyyətləri azaldılsın”.

Xpress.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bəzi hökuməti dəstəkləyən deputatlar da bu təklifə isti baxdıqlarını publik çıxışlarında söyləyiblər.

İqtisadçı vurğulayıb ki, tam gözlənilənlərin əksinə olaraq, Gömrük Komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar qəbul edilir: “Amma və lakin Gömrük Komitəsinin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir. Komitə bundan sonra iş adamlarına ölkədən çıxışa “stop” qoya biləcək, “brokerlər” anlayışını rəsmiləşdirərək, adını "dolayı gömrük təmsilçiliyi" qoyacaqlar, onların Komitə daxilində reyestri yaranacaq. Gömrük Komitəsi kimi istəsə həmin siyahıya salacaq, kim istəsə o siyahıdan çıxaracaq və fəaliyyətləri Gömrük Komitəsinin “iki dodağı” arasından keçəcək”.

N.Cəfərli Gömrük Komitəsinə əlavə “stop” düyməsini həvalə etməyin düzgün olmadığını qeyd edib: “Azərbaycan Respublikasının Konstitusiyası var, orada insanların səyahət sərbəstliyi maddəsi, bu maddənin dövlət tərəfindən qorunması öhdəliyi var. Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar, zatən bir neçə dövlət-hökumət qurumuna Ana Yasada təsbit olunan hüququn məhdudlaşdırma səlahiyyəti tanıyıblar. İndi də belə bir “stop” düyməsini Gömrük Komitəsinə verirlər – olmaz belə, Vallah olmaz!”

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək