Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Barat Yusubovun yerinə Zəhra Vəzirova
Barat Yusubovun yerinə Zəhra Vəzirova
Sağlamlıq

Barat Yusubovun yerinə Zəhra Vəzirova TƏYİN OLUNDU

Xpress.az Redaksiyası 01.05.2026 10:31

Yeni Klinikaya yeni direktor təyin edilib. 

Xpress.az “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb. 

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Xatırladaq ki, Yeni Klinikanın direktoru Barat Yusubov aprelin 22-si vəzifəsindən azad olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək