Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Partlayış törədən onkoloji xəstə QAZİDİR? -
Partlayış törədən onkoloji xəstə QAZİDİR? -
Ana səhifə

Partlayış törədən onkoloji xəstə QAZİDİR? - AÇIQLAMA + FOTO

Xpress.az Redaksiyası 01.05.2026 12:12

"Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olan, dünən özünü və həkimi partladan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevi ictimaiyyətə muharibə qazısi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonlardan birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısıdır, nə də müharibə əlili".

Xpress.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

O qeyd edib ki, son illərdə xaricdə oturan bəzi üzdən iraq "media mənsubları" harada neqativ hadisə baş verirsə, dərhal müharibə iştirakçılarının bu proseslərdə adını hallandirmaqla ictimaiyyət arasında gərginlik yaratmağa və bununla da səhifələrində geniş izləyici kütləsi toplamağa çalışırlar: "Üzdə müharibə iştirakçılarını guya müdafiə etdiklərini göstərməyə, əslində isə alt şüurda müharibə iştirakçılarını ictimaiyyətə "bandit", quldur və terrorçu imicində təqdim etməyə çalışırlar. Dəyərli izləyicilər, hər oxuduğumuz və eşitdiyimiz xəbər doğru olmaya bilər. Etibarlı mənbələri izləyin. Əlbəttə ki, bu xoşagəlməz bir hadisədir. Ümid edirəm ki, hüquq-mühafizə orqanları ətraflı araşdırma aparacaq, hadisənin səbəb və nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəklər".

Fotoda həkim-radioloq Asif Nəsirlidir 

Xatırladaq ki, aprelin 30-da saat 14:00 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"ndə partlayış törədilib. Baş Prokurorluğun bununla bağlı yaydığı məlumata görə, onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu qanunsuz olaraq əldə edib saxladığı, üzərində gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partladıb. Partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Tibb müəssisəsinin həkim-radioloqu Nəsirov Asif Akif oğlu isə ağır bədən xəsarətləri alıb. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək