Sağlamlıq
Azərbaycanda yüksək dozalı C vitamini apteklərdə müvəqqəti tapılmayacaq - DİQQƏT
Xpress.az Redaksiyası
05.05.2026 10:37
Azərbaycanda geniş istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Pascorbin 7.5 g/50 ml ilə bağlı yaxın aylarda mühüm dəyişiklik gözlənilir.
Pascorbin-in ölkədə qeydiyyat müddəti 21.05.2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat (yenilənmə) prosesi aparılır və hazırda bu proses davam edir. Bu səbəbdən yaxın dövrdə preparatın yeni partiyasının idxalı müvəqqəti olaraq mümkün olmayacaq.
