Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Birinci Türkoloji Qurultayın 100 illiyinə
Birinci Türkoloji Qurultayın 100 illiyinə
Ana səhifə

Birinci Türkoloji Qurultayın 100 illiyinə LAYİQLİ TÖHFƏ - FOTO

Xpress.az Redaksiyası 12.05.2026 18:05

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru, pedaqoji elmlər doktoru, Əməkdar elm xadimi Fərrux Rüstəmovun yeni kitabı işıq üzü görüb.

Xpress.az xəbər verir ki, “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” adlanan 454 səhifəlik yeni nəşr iki illik zəhmətin bəhrəsidir.

Kitabın müəllifi F.Rüstəmov Birinci Türkoloji Qurultayın tarixi, keçirilmə zərurəti, türk dünyasının elmi-mədəni inteqrasiyasında, xüsusilə Azərbaycan dilinin inkişafında oynadığı mühüm rol və digər məsələləri ətraflı araşdırıb.

Kitabın ideya müəllifi ADPU-nun rektoru,tarix elmləri doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, ön sözün müəllifi AMEA Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Xatırladaq ki, 2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olub. Bir əsr bundan öncə keçirilən Qurultay Azərbaycanın və bütövlükdə türk dünyasının XX əsr elmi-mədəni həyatının parlaq səhifəsini təşkil edir. Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin təmin olunması məqsədilə 22 oktyabr 2025-ci il tarixdə Sərəncam imzalayıb.

Həmin sərəncamdan irəli gələrək, 2026-cı il ərzində Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirir. Professor F.Rüstəmovun yeni kitabı da bu çərçivədə həyata keçirilən tədbirlərdən biri, Qurultayın yüz illiyinə layiqli töhfədir.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək