Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Hantavirusa qarşı yeni peyvənd hazırladıqlarını aç...
Hantavirusa qarşı yeni peyvənd hazırladıqlarını açıqladılar
Sağlamlıq

Hantavirusa qarşı yeni peyvənd hazırladıqlarını açıqladılar

Xpress.az Redaksiyası 13.05.2026 10:05

“Moderna” yüksək ölüm riski daşıyan hantavirusa qarşı yeni “mRNA” peyvəndi layihəsini açıqlayıb.

Şirkət bildirib ki, layihə üzərində işlər hələ 2023-cü ildən başlayıb və bu istiqamətdə Koreya Universiteti Tibb Məktəbinin Peyvənd İnnovasiya Mərkəzi ilə əməkdaşlıq edilir.

Mövzu xüsusilə “MV Hondius” gəmisində qeydə alınan hantavirus halları fonunda yenidən gündəmə gəlib. Məlumata görə, elandan sonra “Moderna” şirkətinin səhmləri də yüksəliş göstərib.

Ümumdünya Səhiyyə Təşkilatı gəmidə aşkarlanan yoluxma hallarının “Andes hantavirusu” ilə bağlı olduğunu bildirib. Bu virus növü insandan insana keçə bilən nadir hantavirus variantlarından biri hesab olunur.

Qeyd edilir ki, hantavirusun bəzi növlərində ölüm faizi 40 faizə qədər yüksələ bilir. Hazırda Avropa və Amerikada bu virusa qarşı rəsmi təsdiqlənmiş geniş istifadəli peyvənd mövcud deyil.

Şirkətin hazırladığı yeni “mRNA” peyvəndinin gələcəkdə virusla mübarizədə mühüm rol oynaya biləcəyi bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək