Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq İsti günlərdə hansı qidalar təhlükəlidir? —
İsti günlərdə hansı qidalar təhlükəlidir? —
Sağlamlıq

İsti günlərdə hansı qidalar təhlükəlidir? — Həkim açıqladı

Xpress.az Redaksiyası 21.05.2026 09:42

İsti havalarda orqanizmin susuz qalmaması və sağlamlığın qorunması üçün yüngül qidalara üstünlük verilməlidir.

 Xpress.az xəbər verir ki, dietoloq və endokrinoloq Anton Polyakov isti günlərdə hansı qida və içkilərdən çəkinməyin vacib olduğunu izah edib.

Həkimin sözlərinə görə, isti havalarda qəhvə, qara çay və spirtli içkilərdən uzaq durmaq lazımdır. Bu içkilər orqanizmdə maye itkisini artıraraq susuzluğa səbəb ola bilər.

Mütəxəssis həmçinin şirələr, qazlı içkilər, meyvə içkiləri və digər şəkərli məhsulların da məsləhət görülmədiyini bildirib. Onun fikrincə, bu içkilər susuzluğu azaltmır, əksinə artırır və qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Anton Polyakov isti havalarda ədviyyatlı yeməklərdən də imtina etməyi tövsiyə edib. Çünki belə qidalar tərləməni artıraraq orqanizmin daha çox maye itirməsinə gətirib çıxara bilər.

Bundan əlavə, həkim fast food məhsullarının da rasiondan çıxarılmasının vacibliyini vurğulayıb.

“Bu qidalardan yalnız isti havalarda deyil, ümumiyyətlə gündəlik həyatda da uzaq durmaq lazımdır”, — deyə mütəxəssis bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək