Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İctimai məkanların gələcək inkişaf perspektivləri...
İctimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunub -
Ana səhifə

İctimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunub - FOTO

Xpress.az Redaksiyası 21.05.2026 14:25

Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum XIII) çərçivəsində Bakı Olimpiya Stadionun “Azərbaycan Pavilyonu”nda məhəllə tipli yaşayış mühitinin dayanıqlığının gücləndirilməsinə və ictimai məkanların yenidən formalaşdırılmasına həsr olunan tədbir keçirilib.

Xpress.az xəbər verir ki, tədbir çərçivəsində şəhər mühitinin transformasiyası, məhəllə əsaslı yaşayış modelləri və ictimai məkanların gələcək inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələrdə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri, professor, Əməkdar memar Nizami Qasımzadə də iştirak edib.

O, Dövlət Turizm Agentliyinin tabeliyindəki “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya, “Yuxarı Baş” Milli Tarix-Memarlıq, “Lahıc” Dövlət Tarix-Mədəniyyət və “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruqlarında reallaşdırılan memarlıq layihələri barədə məlumat verib.

Müşavir qeyd edib ki, Quba, Şəki və İsmayıllı rayonlarını əhatə edən tarixi yaşayış məntəqələrində görülən işlərin əsas hədəfi kəndin, qəsəbənin qədim memarlıq üslubunu, tarixi görkəmini bərpa etmək və qoruyub saxlamaq, eyni zamanda oranı turistik məkana çevirməkdir.

Əməkdar memar N.Qasımzadə vurğulayıb ki, Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Xocavənd rayonunun Tuğ kəndində də eyni qaydada bərpa-quruculuq işləri həyata keçiriləcək.

O bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 16 iyun 2023-cü il tarixli sərəncamı ilə Tuğ kəndinin tarixi ərazisi "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan olunub. Burada Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələri mövcuddur. Tuğ kəndində həyata keçiriləcək layihələr zamanı bu yaşayış məntəqəsinin tarixi siması və memarlıq üslubu, eyni zamanda tarixi abidələrlər bərpa olunacaq, mühafizə ediləcək və ərazi turistlərin ziyarət edəcəyi məkana çevriləcəkdir.

Müşavir N.Qasımzadə müzakirələrdə maraq doğuran sualları ətraflı cavablandırıb.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək