Sağlamlıq
Azərbaycanda marqarin istehsalı iki dəfə azalıb
Xpress.az Redaksiyası
23.05.2026 10:32
Bu ilin aprel ayında Azərbaycanda 8 min 138,1 ton marqarin istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 237,3 ton və ya 50,3 % azdır.
Belə ki, 2025-ci ilin aprel ayında ölkədə 16 min 375,4 ton marqarin istehsal olunmuşdu.
1 may 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1 min 51,6 ton təşkil edib.