Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Şəhərlərin Gələcəyi və Azərbaycanın Yeni Urbanizas...
Şəhərlərin Gələcəyi və Azərbaycanın Yeni Urbanizasiya Modeli
Siyasət

Şəhərlərin Gələcəyi və Azərbaycanın Yeni Urbanizasiya Modeli

Xpress.az Redaksiyası 23.05.2026 15:08

Müasir dünyada şəhərlər artıq sadəcə yaşayış məkanı deyil. Bu gün onlar iqtisadi inkişafın, texnologiyanın, innovasiyanın və sosial dinamikanın əsas mərkəzinə çevriliblər. Dünya əhalisinin böyük hissəsinin şəhərlərdə məskunlaşması urbanizasiyanı qlobal gündəliyin ən vacib məsələlərindən birinə çevirib. Buna görə də şəhərlərin necə inkişaf etməsi, insanların hansı mühitdə yaşaması və gələcəyin urbanizasiya modelinin necə qurulması beynəlxalq səviyyədə müzakirə olunan strateji məsələlər sırasındadır.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın bu istiqamətdə artan rolunu bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçının qatıldığı forum təkcə beynəlxalq tədbir deyil, həm də Azərbaycanın müasir inkişaf modelinə göstərilən diqqətin bariz nümunəsidir. Forum çərçivəsində urbanizasiya, ekoloji təhlükəsizlik, dayanıqlı şəhərlər, “ağıllı şəhər” texnologiyaları və iqlim dəyişiklikləri kimi mühüm mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu gün urbanizasiya yalnız yeni binaların tikilməsi anlamını daşımır. Müasir şəhər anlayışı insan rahatlığı, təhlükəsizlik, ekoloji tarazlıq və texnoloji imkanlarla birlikdə qiymətləndirilir. Dünyanın bir çox ölkəsində nəqliyyat sıxlığı, ətraf mühitin çirklənməsi, yaşıllıq sahələrinin azalması və sosial infrastruktur problemləri ciddi çağırışlara çevrilib. Məhz buna görə şəhərlərin planlaşdırılmasında insan amili əsas prioritet kimi qəbul olunur.
Azərbaycan da son illərdə bu istiqamətdə mühüm addımlar atır. Paytaxt Bakı ilə yanaşı, regionlarda həyata keçirilən infrastruktur layihələri, abadlıq işləri, yeni yaşayış kompleksləri və rəqəmsal həllər ölkənin urbanizasiya siyasətində yeni mərhələnin başlandığını göstərir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesi beynəlxalq səviyyədə maraqla izlənilir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları gələcəyin yaşayış modelinin formalaşdırılması baxımından mühüm nümunə hesab olunur.
Bu layihələrdə “yaşıl enerji”, ekoloji balans, rəqəmsal idarəetmə və müasir infrastruktur əsas prioritetlər kimi müəyyənləşdirilib. Bu isə Azərbaycanın yalnız bərpa işləri aparmadığını, eyni zamanda gələcəyin şəhər modelini qurmağa çalışdığını göstərir.
Belə beynəlxalq tədbirlərin iqtisadi və sosial əhəmiyyəti də böyükdür. Xarici qonaqların ölkəyə axını turizm sektorunun inkişafına, xidmət sahələrinin genişlənməsinə və Azərbaycanın investisiya imkanlarının tanıdılmasına müsbət təsir göstərir. Eyni zamanda, bu forumlar Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkənin qlobal məsələlərin müzakirəsində fəal iştirak etdiyini nümayiş etdirir.
Ən vacib məqamlardan biri isə budur ki, müasir urbanizasiya siyasəti insan həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Gələcəyin şəhərləri yalnız hündür binalarla deyil, rahat yaşayış mühiti, təhlükəsiz küçələr, təmiz hava və insan yönümlü yanaşma ilə fərqlənməlidir.
Bakıda keçirilən forum bir daha göstərdi ki, Azərbaycan artıq regional çərçivədən çıxaraq qlobal miqyasda düşünən və gələcəyin çağırışlarına uyğun inkişaf modeli formalaşdıran ölkələr sırasında yer alır. Bu gün Bakı təkcə coğrafi mövqeyi ilə deyil, həm də beynəlxalq dialoq və müasir urbanizasiya müzakirələrinin aparıldığı mühüm platforma kimi diqqət çəkir.
Xəzəngül Orucova
Ali Məclisin deputatı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək