Siyasət
Sinqapur Prezidenti Azərbaycan liderini təbrik edib
Xpress.az Redaksiyası
01.06.2026 12:58
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xpress.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.