Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəst...
Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin
Sağlamlıq

Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ

Xpress.az Redaksiyası 12.06.2026 10:00

Xəbər verdiyimiz kimi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.

Sözügedən qərar ağır xəstələri və onların yaxınlarını xeyli sevindirib. Çünki sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası kifayət qədər ağır və bahalı əməliyyatdır.

Bəs ölkəmizdə sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını gözləyən nə qədər xəstə var?

Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik.

Sorğuya cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Bizim.Media-ya bildirilib ki, hazırda sümük iliyi transplantasiyasına ehtiyacı olan və uyğun donor gözləyən xəstələrin sayı 500 nəfəri keçib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək