Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Məzahir Əfəndiyev: “Ulu Öndərin qayıdışı Azərbayca...
Məzahir Əfəndiyev: “Ulu Öndərin qayıdışı Azərbaycanı böhrandan xilasa çıxardı”
Siyasət

Məzahir Əfəndiyev: “Ulu Öndərin qayıdışı Azərbaycanı böhrandan xilasa çıxardı”

Xpress.az Redaksiyası 12.06.2026 16:17

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Bu dahilər qətiyyətləri ilə xalqı arxasınca apararaq taleyüklü məqamlarda həlledici rol oynamışlar. Müdrik xalqımızın Ümummilli Lideri Heydər Əliyev müxtəlif dövrlərdə, ağır siyasi şəraitdə Azərbaycana rəhbərlik edərək xilaskarlıq missiyasını yerinə yetirmiş və müasir müstəqil dövlətimizin təməlini qoymuşdur.

15 iyun – demokratik Azərbaycan Respublikasının qorunması və hüquqi dövlət quruculuğunun başlanğıc tarixidir. Bu gün Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələrək ölkəyə xidmətə başladığı gündür.
Milli Qurtuluş Günü kimi tarixə düşən bu tarix xalqımızın milli yaddaşında xüsusi yer tutur. Bu gün Azərbaycanın tənəzzüldən xilas olaraq sabitlik və inkişaf yoluna çıxması, müstəqil siyasət həyata keçirən dövlət kimi formalaşması ilə səciyyələnir.
1993-cü il 15 iyunda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni böhrandan xilas etmiş, 24 iyunda isə ona Prezident səlahiyyətləri verilmişdir. Ulu Öndər ilk növbədə ölkədə sabitlik və vətəndaş həmrəyliyini təmin edərək anarxiyaya son qoymuşdur.
Bunun nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, dövlət müstəqilliyi möhkəmlənmişdir. Həmin dövrdən etibarən ölkədə islahatlar başlanmış, sabitlik və inkişaf təmin edilmişdir.
Bu tarix 1997-ci ildə Milli Məclis tərəfindən dövlət bayramı kimi təsbit olunmuşdur. Prezident İlham Əliyev bu günü “Azərbaycan tarixində dönüş nöqtəsi” kimi qiymətləndirmişdir.
1993–2003-cü illər Azərbaycanın dirçəliş dövrü kimi tarixə düşmüş, 2003-cü ildən sonra isə bu siyasət uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və dünyada güclü, müstəqil mövqeyə malik dövlətə çevrilmişdir.
2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ildə suverenliyin tam bərpası Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Böyük Qayıdışın reallaşmasına xidmət edir.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin rəmzi kimi qəbul edilir və onun xatirəsi xalq tərəfindən daim ehtiramla anılır. Beləliklə, əldə olunan nailiyyətlər Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənəcəyinə və əbədi olacağına inam yaradır.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək