Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Yayda uşaqları sancan görünməz təhlükə
Yayda uşaqları sancan görünməz təhlükə
Sağlamlıq

Yayda uşaqları sancan görünməz təhlükə – Bu əlamətlərə laqeyd qalmayın

Xpress.az Redaksiyası 12.06.2026 19:26

Yay aylarında uşaqlar arasında həşərat sancmaları ilə bağlı şikayətlərdə ciddi artım müşahidə olunur. Valideynlər bir çox hallarda uşağın dərisində yaranan şişkinlik və qızartını sadə ağcaqanad dişləməsi kimi qiymətləndirir. Lakin bəzi vəziyyətlərdə bu əlamətlər daha ciddi həşərat sancmalarının – gənə və ya arı dişləmələrinin nəticəsi ola  və hətta infeksion ağırlaşmalarla müşayiət oluna bilər. Nəticədə uşaqlarda uzunmüddətli şişkinlik, ağrı, bəzən isə qızdırma və ümumi vəziyyətin pisləşməsi kimi hallar ortaya çıxır.

Maraqlı məqam odur ki, bir çox valideyn sancmanın hansı həşərat tərəfindən olduğunu ayırd edə bilmir və bu səbəbdən ilkin mərhələdə düzgün yanaşma tətbiq olunmur. Halbuki ağcaqanad, gənə və arı dişləmələri həm görünüş, həm də yaratdığı simptomlar baxımından bir-birindən fərqlənir və hər birinin yanaşma tərzi də fərqlidir.

Bu səbəbdən vacib sual ortaya çıxır: bu sancmaları bir-birindən necə ayırmaq olar, hansı əlamətlər təhlükə siqnalı sayılır və hansı hallarda mütləq həkimə müraciət edilməlidir? Eyni zamanda ev şəraitində ilkin müdaxilə zamanı nələrə diqqət etmək lazımdır?

Pediatr Gülşən Əliyeva mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Yay aylarında ağcaqanad, arı və ya gənə kimi həşəratların sancması hallarına tez-tez rast gəlinir. Bu, hər uşaqda eyni reaksiya verməsə də, xüsusilə həşərat sancmalarına qarşı həssaslığı və allergiyası olan uşaqlarda güclü şişkinliyə səbəb ola bilər. Həşəratların növündən asılı olaraq sancma yerində fərqli əlamətlər müşahidə olunur. Məsələn, arı sancması zamanı əsas şikayət kəskin ağrıdır; hətta həmin nahiyəyə toxunmasanız belə, güclü ağrı, qızartı və şişkinlik olur. Ağcaqanad sancmasında isə yenə şişkinlik yaransa da, əsasən şiddətli qaşıntı üstünlük təşkil edir. Gənə sancması zamanı isə gənə adətən bədənə yapışıb qalır. Gənəni bədəndən dartaraq qoparmaq qətiyyən olmaz, onu mütləq düzgün şəkildə oradan çıxarmaq lazımdır. Bunun üçün isti bir əşyanı gənəyə yaxınlaşdırmaq və ya toxundurmaq lazımdır ki, gənə qarmaqlarını və ayaqlarını sərbəst buraxsın, daha sonra isə onu pinsetlə ehtiyatla götürmək olar. Əlbəttə, bu proseduru peşəkar tibb işçisinin etməsi daha məqsədəuyğundur".

Pediatr əlavə edib ki, həşərat sancması zamanı ilkin yardım olaraq ağcaqanad və arı sancmasında həmin nahiyə mütləq təmiz su və sabunla yuyulmalıdır: "Əgər uşaqda şişkinlik varsa, allergiyaya qarşı antihistamin preparatı verilməli və həmin nahiyəyə allergik məlhəm çəkilməlidir. Gənə sancmasında isə gənə adətən bədəndə qaldığı üçün ilk növbədə oradan uzaqlaşdırılmalı, sonra isə gənənin yeri mütləq yaxşıca yuyulmalıdır. Ehtiyac olduqda dərini sakitləşdirmək üçün hipoallergik məlhəm çəkilə bilər və əgər allergik reaksiya veribsə, mütləq antihistamin preparatından istifadə edilməlidir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək