Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Süni intellekt üzrə Bakı Bəyannaməsi qəbul edilib
Süni intellekt üzrə Bakı Bəyannaməsi qəbul edilib
Siyasət

Süni intellekt üzrə Bakı Bəyannaməsi qəbul edilib

Xpress.az Redaksiyası 18.06.2026 19:35

"Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin yekununda Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib.

Xpress.az xəbər verir ki, Bəyannamədə süni intellekt texnologiyalarının hazırlanması və tətbiqi zamanı insan hüquq və azadlıqlarının, eləcə də insan ləyaqətinin qorunmasının əsas prioritet olduğu vurğulanıb.

Sənəddə üzv dövlətlərə insan hüquqlarına əsaslanan, təhlükəsiz, şəffaf və hesabatlı süni intellekt idarəetmə mexanizmlərinin inkişafı, məlumatların qorunması, alqoritmik qərəzliliyin qarşısının alınması və səmərəli hüquqi nəzarətin təmin edilməsi tövsiyə olunur.

Həmçinin süni intellekt sistemlərinin bütün mərhələlərində insan hüquqlarına təsirin qiymətləndirilməsi, qərarların qəbulunda insan nəzarətinin saxlanılması, şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin gücləndirilməsi vacib hesab edilir.

Bəyannamədə alqoritmik ayrı-seçkiliyə qarşı müstəqil monitorinq və audit mexanizmlərinin inkişafı, həssas qrupların müdafiəsinin gücləndirilməsi, rəqəmsal savadlılığın artırılması, dezinformasiya və nifrət nitqi ilə mübarizənin gücləndirilməsi də əksini tapıb.

Sənəddə, həmçinin ombudsman institutları və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, özəl sektorun insan hüquqlarına hörmətlə yanaşmasının təmin edilməsi çağırışı da yer alır.

Xatırladaq ki, bu gün "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti başlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək