Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət "ASAN xidmət" modeli BMT konfransında təqdim olunu...
"ASAN xidmət" modeli BMT konfransında təqdim olunub
Siyasət

"ASAN xidmət" modeli BMT konfransında təqdim olunub

Xpress.az Redaksiyası 19.06.2026 12:36

BMT-də Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfransda "ASAN xidmət" modeli təqdim edilib.

Xpress.az xəbər verir ki, İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının birgə təşkil etdiyi tədbir "Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət" mövzusuna həsr olunub.

Konfransda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.

Bildirilib ki, "ASAN xidmət" modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılması və inklüziv cəmiyyətin qurulması istiqamətində mühüm töhfələr verir.

Konfransda BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının 80-ci sessiyasının Prezidenti, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, BMT-nin İqtisadi və Sosial Şurasının Prezidenti, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktoru, eləcə də müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini və Keniyanın dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib.

Görüşlər zamanı "ASAN xidmət" təcrübəsi barədə geniş təqdimat edilib, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək