Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Texnologiya Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Texnologiya

Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır

Xpress.az Redaksiyası 23.06.2026 16:45

Bakcell qlobal MMA təşkilatı UFC-nin Bakıda keçiriləcək turnirinin əsas tərəfdaşı qismində unudulmaz döyüş həyəcanını Azərbaycan azarkeşlərinə təqdim edəcək.

 Milli Gimnastika Arenasında baş tutacaq tədbirdə UFC-nin tanınmış döyüşçüləri, o cümlədən Azərbaycanı təmsil edən idmançılar oktaqona çıxacaqlar.

27 iyun tarixində Bakıda keçiriləcək UFC turnirinin maraqla gözlənilən qarşılaşmalarından birində Azərbaycanı təmsil edən Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək. Gecənin əsas döyüşündə Rafael Fiziyev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq. Gecənin ikinci əsas döyüşündə isə “Shara Bullet” ləqəbli Şara Maqomedov Mişel Pereyra ilə döyüşəcək.

Bakcell-in dəstəyi ilə keçirilən tədbir yerli və xarici azarkeşlərə yüksəksəviyyəli idman həyəcanı yaşadacaq. “Bakcell səni qələbəyə çağırır” mesajını ön plana çıxaran şirkət bu tərəfdaşlıqla döyüş ruhunu, qətiyyəti və qalibiyyət əzmini təşviq edir.

Qeyd edək ki, Bakcell artıq ikinci ildir ki, qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Qlobal miqyasda milyonlarla azarkeşi bir araya gətirən UFC dünyanın ən populyar idman təşkilatlarından biri hesab olunur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək