Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərim...
Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu
Cəmiyyət

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu

Xpress.az Redaksiyası 29.06.2026 15:09

Bakının Bulvar ərazisində skuterlərin icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb. 

1965-ci il təvəllüdlü və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Allahverdiyev Ələkbər Kərim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. İşə məhkəmədə baxılıb. 

Məlum olub ki, Ələkbər Allahverdiyev işçilərinə Səbail rayonu, Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib. Polis əməkdaşları ona yaxınlaşaraq irad bildiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Bu səbəbdən həmin şəxs şöbəyə dəvət olunub, lakin sahibkar bundan imtina edib.

Ələkbər Allahverdiyev məhkəmədə əməldən səmimi peşman olduğunu bildirib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə Ələkbər Allahverdiyev 150 manat cərimə olunub və məhkəmə zalından azad edilib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək