Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu gündən "Bakı Kart" kartları
Bu gündən "Bakı Kart" kartları
Cəmiyyət

Bu gündən "Bakı Kart" kartları BAHALAŞDI

Xpress.az Redaksiyası 01.07.2026 11:00

Bu gündən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata artırıldı.

Bu barədə “BakıKart”dan (“K Group” MMC) məlumat verilib.

Bildirilib ki, BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib.

Bu dövr ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Son illər ərzində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Sərnişinlər hazırda BakıKart kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil cihazlar və QR kod üzərindən də ödəniş həyata keçirə bilirlər.

Qeyd edək ki, kartın balansı və gediş haqları ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək