Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Pediatr xəbərdarlıq etdi —
Pediatr xəbərdarlıq etdi —
Sağlamlıq

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Xpress.az Redaksiyası 04.07.2026 09:01

Ötən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasında yayılan deyimə görə, böyüklərlə müqayisədə körpələr istənilən qızdırmaya daha dözümlüdür.

Bəs bu deyimin həqiqət payı nə qədərdir?

Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva “demokrat.az”a açıqlama verib.

O deyib ki, körpələrin istənilən qızdırmaya dözdüyü fikri tamamilə yanlışdır:

“Belə yanaşma doğru deyil. Əksinə, körpə yaşlı uşaqlarda qızdırma nəticəsində febril qıcolmalar baş verə bilər. Buna görə də, xüsusilə 2 yaşa qədər körpələrdə bu hal daha ciddi nəzarət altında saxlanılmalıdır.
 

Əslində, qızdırma orqanizmin müdafiə reaksiyasıdır. Burada əsas məsələ qızdırmanı yaradan səbəbi müəyyənləşdirməkdir. Çünki uşaqlarda qızdırmaya səbəb olan amillər müxtəlif ola bilər.


Məsələn, bronxiolit, bronxit, pnevmoniya, mədə-bağırsaq infeksiyaları, rotavirus və digər infeksion xəstəliklər, eləcə də günvurma qızdırmaya səbəb ola bilər. Yəni bu xəstəliklərin hamısında hərarət müşahidə olunur”.

O bildirib ki, buna görə də ilk növbədə hərarətin səbəbini aydınlaşdırmaq lazımdır:

“Ümumiyyətlə, 38 dərəcəyə qədər olan hərarətə müdaxilə edilmir. Bəs hansı halda müdaxilə olunur? Əgər uşaq daha əvvəl temperatur səbəbindən febril qıcolma keçiribsə, bu zaman artıq 37,5 dərəcədən etibarən müdaxilə olunur.
 Lakin uşaq əvvəllər febril qıcolma keçirməyibsə, 38 dərəcəyə qədər heç bir müdaxilə tələb olunmur. Amma temperatur 38 dərəcəni keçdikdən sonra mütləq dərman verilməlidir. Burada “qızdırmadan öldü” kimi bir anlayış yoxdur. Ölümə səbəb olan qızdırmanın özü deyil, qızdırmanı yaradan əsas xəstəlik ola bilər.

Məsələn, meningit, ensefalit və digər ağır xəstəliklər ölümə səbəb ola bilər. Yəni qızdırma özlüyündə ölüm yaradan bir hal deyil. Sadəcə bu, cəmiyyət arasında yayılmış bir mifdir. Əsas diqqət qızdırmanı yaradan səbəbin araşdırılmasına yönəlməlidir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək