Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər -
Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər -
Cəmiyyət

Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB

Xpress.az Redaksiyası 04.07.2026 09:15

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində 4 min 412 ton iribuynuzlu heyvan əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq 39 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 10,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 74 % çox) 2 min 158 ton (+45 %), Braziliyadan 3,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 491 ton (+78 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (-13 %) 340 ton (-18 %), Hindistandan 1,1 milyon ABŞ dolları dəyərində (-11 %) 319 ton (-21 %), Rusiyadan 231 min ABŞ dolları dəyərində (+88 %) 72 ton (+5 dəfə) məhsul alıb.
Cebhe.info qeyd edir ki, marketlərin əksəriyyətində istehlakçılara xaricdən idxal olunan ətlər satılır. Ət idxalı artsa da, qiyməti heç də ucuz deyil.

İqtisadçı Eyyub Kərimli Musavat.com-a bildirib ki, bu gün ölkəmizə idxal olunan mal ətinin qiyməti təxminən 6-8 manat arasında formalaşır: “Bunun üzərində logistika, ədv, gömrük rüsumu, saxlama xərcləri əlavə olunur, bu da 50 faizə qədər artım deməkdir. Düşünürəm ki, buna görə maya dəyəri 12-13 manat formalaşır. Bu səbəbdən marketlərdə idxal olunan mal ətinin qiymətinin 17-20 manat arasında dəyişdiyini müşahidə edirik. Qiymətin yüksək olması həm də tələbatla bağlıdır. Vəziyyəti tənzimləmək üçün idxalı şaxələndirməliyik. Dövlət ciddi, şəffaf rəqabət mühitinin formalaşmasına nəzarət etməlidir. Digər tərəfdən bazarda daha çox payı olan pərakəndə ticarətçilərin sövdələşməsinin qarşısı alınmalıdır”.

Eyyub Kərimli: “COP29 ölkəmizə yatırılan investisiyaların həcminə  əhəmiyyətli təsir edəcək”

Onun fikrincə, bəzi hallarda pərakəndə ticarət obyektləri yüksək tələbatı nəzərə alaraq süni qiymət artımına, daha çox gəlir əldə etməyə çalışırlar: “Bu da bahalığın səbəblərindən biridir. İdxalçıların arasında razılaşma da mümkündür. Sözsüz ki, ətin qiymətinin ucuzlaşması üçün yerli istehsalı daha çox artırmalıyıq və xarici bazarlardan asılılığı azaltmağa çalışmalıyıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək