Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Naxçıvandakı kadr dəyişikliyinin SİRRİ:
Naxçıvandakı kadr dəyişikliyinin SİRRİ:
Ana səhifə

Naxçıvandakı kadr dəyişikliyinin SİRRİ: Məmurlar vəzifələrini NİYƏ İTİRİBLƏR? – İDDİA + FOTO

Xpress.az Redaksiyası 17.07.2026 15:09

“Əslində Naxçıvanda nə baş verir? Həqiqətləri yazdıq, vaxtı olan dostlar və "dostlar" oxusun. Dünəndən yerli mediada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin bir sıra vəzifəlilərinin səlahiyyətli nümayəndə Ceyhun Cəlilova etiraz edərək işdən çıxdıqları ilə bağlı xəbərlər tirajlanır. Bizim əldə etdiyimiz məlumata görə, Səlahiyyətli Nümayəndəliyə birinci kateqoriya dövlət orqanı statusu verildikdən sonra həmin şəxslərə iş təklif olunub”.

Xpress.az xəbər verir ki, bu barədə jurnalist Tural Səfər sosial media hesabında məlumat paylaşıb.

O qeyd edib ki, işdən çıxan şəxslərə qabiliyyətlərindən daha yüksək vəzifələr təklif olunub: “Mən Naxçıvanda bütün proseslərin ideal olduğunu iddia etmirəm. Bizi izləyənlər bilir ki, Naxçıvandakı problemləri ən çox ictimailəşdirən media qurumlarından biri də rəhbərlik etdiyim TNS TV-dir. Media orqanları həqiqətə xidmət etməli, obyektiv, qərəzsiz olmalı, yaydıqları məlumatları dəqiqləşdirməlidirlər. Deməli belə. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyində heç bir işçi səlahiyyətli nümayəndəyə etiraz edərək işdən çıxmayıb. Bizim əldə etdiyimiz məlumata görə, Səlahiyyətli Nümayəndəliyə birinci kateqoriya dövlət orqanı statusu verildikdən sonra həmin şəxslərə iş təklif olunub. Ancaq bu “şedevr yaradan kadrlar”ın gözü yuxarılardadır. Onlar yüksək vəzifələr tələb edirlər. Guya işlədikləri dövrdə xaruqələr yaradıblar. Hər kəs bilir ki, onların potensialı təklif edilən işlərdən daha yuxarı deyil. Yəni, qabiliyyətlərinə uyğun, hələ bir az da qabiliyyətlərindən daha yüksək vəzifələr təklif olunub. Bunun nəyinə etiraz edəcəklər”.

T.Səfər bildirib ki, haqqında bəhs edilən şəxslərin yola salınması Naxçıvana xidmətdir: “Yazırlar ki, işdən ayrılan şəxslər Naxçıvan Muxtar Respublikasında bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər. Kim? Günay Malikqızı? Qoşqar Kamilli? Pənah Mehdiyev? Fuad Nəcəflinin gətirib Naxçıvana soxuşdurduğu bu şəxslərin muxtar respublikaya ancaq ziyanı olub. Onların yarıtmaz fəaliyyəti nəticəsində Naxçıvanla bağlı qəbul edilən dövlət proqramları böyrü üstə qalıb. Hələ biri də var, otağının qapısı Samir Seyidəhmədlinin qəbul otağına dəyişdirilən Tükəzban Quliyeva. Bəs onu niyə yola salmayıblar? Hesab edirik ki, Naxçıvan rəhbərliyi bu sual ətrafında ciddi düşünməlidir. Çünki Tükəzban Quliyeva da müsbət fəaliyyəti ilə fərqlənmir, o da digərlərinin tayıdır. Fikrimcə, bu şəxslərin yola salınması Naxçıvana xidmətdir. Ancaq onların yerinə layiqli adamlar təyin edilməlidir. Bir sözlə, obyektiv olmalı, informasiyanı dəqiqləşdirdikdən sonra yaymalıyıq”.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində bir sıra vəzifəlilər tutduqları vəzifələrdən bugünlərdə ayrılıblar. Bu barədə Manset.az ötən gün xəbər yayıb. Bildirilib ki, son dəyişikliklərdən sonra nümayəndəliyin əməkdaşları Qoşqar Kamilli, Tural Murtuzəliyev və Pənah Mehdiyev nümayəndəliyin rəhbəri Ceyhun Cəlilovun onlara etdiyi təkliflə razılaşmayaraq, buna etiraz edərək vəzifələrindən ayrılıblar. Məlumata görə, işdən ayrılan hər üç şəxs Naxçıvan MR-da bir sıra mühüm dövlət proqramlarının və layihələrinin hazırlanmasında xüsusi xidmətləri ilə seçiliblər. Bu xəbərlərin yayılması fonunda jurnalist Sara Əzimova da sosial media hesabında status paylaşaraq, baş verənləri tənqid edib. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək