Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Xpress-in reportajına operativ reaksiya:
Xpress-in reportajına operativ reaksiya:
Hadisə

Xpress-in reportajına operativ reaksiya: Altıağacda çay yatağı zibildən təmizləndi

Xpress.az Redaksiyası 21.07.2026 19:20

Xpress.az ötən gün - iyulun 20-də Xızı rayonunun Altıağac qəsəbəsində sakinlərin məişət tullantılarından çox ciddi əziyyət çəkməsinə dair reportaj yayımlamışdı.

Bu reportajdan sonra sözügedən ünvandakı məişət tullantıları operativ qaydada təmizlənib.

Belə ki, əldə etdiyimiz məlumata görə, Xızı rayonunda qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Bununla belə, sakinlər ümid edirlər ki, yaxın günlərdə qəsəbədə müvafiq yerlərdə məişət tullantıları qabları yerləşdiriləcək və tullantıların mütəmadi olaraq danışması həyata keçiriləcək.

Qəsəbə sakinləri təmizlik işlərinə görə redaksiyamız vasitəsilə aidiyyəti dövlət qurumlarına təşəkkürlərini bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək