Dünya
Fransada istilər səbəbilə 43 vilayətdə narıncı xəbərdarlıq verilib
Xpress.az Redaksiyası
11.08.2026 14:23
Fransada yeni isti hava dalğası səbəbilə 43 vilayətdə hava şəraiti ilə bağlı “narıncı” xəbərdarlıq elan edilib.
Xpress.az xəbər verir ki, bu barədə Fransanın meteorologiya agentliyi “Meteo-France” məlumat yayıb.
Ölkədə yeni isti hava dalğasının təsirinin başladığını bildirilib.
Qeyd olunub ki, ötən gün 21 vilayətdə qüvvədə olan “narıncı” xəbərdarlığın əhatə dairəsi bu gündən etibarən 43 vilayətə çatdırılıb.