Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəki...
Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub -
Ana səhifə

Azərbaycanın turizm imkanları Qazaxıstan və Özbəkistanda təqdim olunub - FOTO

Xpress.az Redaksiyası 28.08.2026 11:55

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə 21-27 avqustda Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər keçirilib.

Xpress.az Agentliyə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə baş tutan proqram Şımkent, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib.

Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərdə ümumilikdə 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və turizm sənayesinin digər nümayəndələri iştirak edib.

Tədbirlər çərçivəsində Azərbaycanın ilboyu zəngin turizm imkanları, turizm sahəsindəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar nümayiş olunub. İştirakçılara Xəzər dənizi sahilində istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkənin müasir turizm infrastrukturu haqqında məlumat verilib.

Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb. Tədbirlər zamanı, həmçinin iştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri təqdim olunub.

Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % artaraq 62 079 nəfərə çatıb. Eyni dövrdə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı isə 40,2 % artaraq 42 288 nəfər təşkil edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək