Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İran ABŞ-nin İordaniyadakı aviabazasına zərbə endi...
İran ABŞ-nin İordaniyadakı aviabazasına zərbə endirib
Dünya

İran ABŞ-nin İordaniyadakı aviabazasına zərbə endirib

Xpress.az Redaksiyası 02.09.2026 11:51

İran ABŞ Prezidenti Donald Trampın cavab tədbirlərindən çəkinmək barədə xəbərdarlığına baxmayaraq, ABŞ-nin hücumlarından sonra onun İordaniyadakı aviabazasına zərbə endirib.

"Sky News"un məlumata görə, Tehran regionda yerləşən "Şahzadə Həsən" aviabazasına hücum edib.

Mövcud məlumata görə, İran obyektə ballistik raketlər buraxıb.

Bununla yanaşı, İRNA İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən bildirib ki, pilotsuz uçuş aparatlarının anqarlarına "kütləvi" hücumu İran Hərbi Hava Qüvvələrinin qırıcıları həyata keçirib.

SEPAH zərbə nəticəsində bir neçə pilotun və aviasiyaya texniki xidmət mütəxəssisinin həlak olduğunu iddia edir.

İran tərəfinin məlumatına görə, hücumdan sonra baza ərazisində bir neçə obyekt yanıb.

Yaxın Şərqdə davam edən münaqişə zamanı "Şahzadə Həsən" aviabazası artıq dəfələrlə zərbələrə məruz qalıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək