Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Xətai rayonunda səkidə olan zibil qabları niyə yığ...
Xətai rayonunda səkidə olan zibil qabları niyə yığışdırılıb? -
Gündəm

Xətai rayonunda səkidə olan zibil qabları niyə yığışdırılıb? - FOTO

Xpress.az Redaksiyası 02.09.2026 11:37

Bakının Xətai rayonu ərazisində səkiyə qoyulan zibil qablarının yığışdırılması sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.

Qeyd olunub ki, Xətai rayonunun Mehdi Mehdizadə küçəsində kiçik tullantılar üçün nəzərdə tutulan zibil qabları yığışdırılıb.

Xətai rayonunda səkidə olan zibil qabları yığışdırılıb - Səbəbi AÇIQLANDI

"Əvvəl bu küçədə müvafiq qablar var idi. Zibillər gec-gec daşındığı üçün müvafiq quruma şikayət etmişdik. Nəticədə gəlib zibil qablarını tamamilə küçədən yığışdırdılar. Bu addımı niyə atdıqları barədə isə heç bir məlumat ala bilmədik", - deyə şikayətdə bildirilir.

Xətai rayonunda səkidə olan zibil qabları yığışdırılıb - Səbəbi AÇIQLANDI

Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən məsələyə aydınlıq gətirilib.

Bildirilib ki, sözügedən ərazidə zibil qablarının yığışdırılmasının səbəbi sakinlərin onlardan təyinatı üzrə istifadə etməməsi olub.

"Problem onda idi ki, ərazidəki binalarda yaşayan sakinlər həmin zibil qablarına təyinatı üzrə - yolüstü əldə ola biləcək xırda tullantılar üçün deyil, öz məişət tullantılarını atmaq üçün istifadə edirdilər. Yəni hər bir binanın ərazisində məişət tullantıları üçün iri konteynerlər olmasına baxmayaraq, sakinlər zibili konteynerlərə deyil, yolüstü həmin bu kiçik qabların yanında səkiyə atırdılar. Nəticədə küçə boyu xoşagəlməz mənzərə yaranırdı. Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, məişət tullantılarını yol kənarlarındakı kiçik qablara deyil, təyinatı üzrə nəzərdə tutulan müvafiq konteynerlərə atsınlar", - deyə açıqlamada bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək