Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə
"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə
İdman

"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə GÜCLƏNDİRDİ

Xpress.az Redaksiyası 02.09.2026 00:25

"Sabah" futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Xpress.az xəbər verir ki, bu barədə Bakı klubunun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, paytaxt təmsilçisi Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb.

26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək "Sabah"ın şərəfini qoruyacaq. Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021-2023), "Qremio" (2024), "Sport Resife" (2025), eləcə də Rusiyanın "Zenit" (2023-2024) və "Orenburq" (2025-2026) klublarında çıxış edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək