Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Nepalda ölənlərin sayı artıb:
Nepalda ölənlərin sayı artıb:
Dünya

Nepalda ölənlərin sayı artıb: Minlərlə insandan hələ də xəbər yoxdur

Xpress.az Redaksiyası 05.09.2026 12:37

Nepalda güclü daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 1344 nəfərə çatıb.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Son məlumatlara görə, təbii fəlakətdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Həm Nepal vətəndaşları, həm də əcnəbilər daxil olmaqla, ümumilikdə 4898 nəfər itkin düşmüş hesab olunur. İtkin düşən xarici vətəndaşların sayı 698 nəfərə çatıb. Xilasedicilər fəlakətdən təsirlənən əraziləri, həmçinin zədələnmiş su-elektrik stansiyalarını və tunelləri yoxlayaraq insanları axtarmağa davam edirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək