Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Dünyada pasportsuz səyahət edən cəmi
Dünyada pasportsuz səyahət edən cəmi
Dünya

Dünyada pasportsuz səyahət edən cəmi 3 nəfər var

Xpress.az Redaksiyası 03.09.2026 14:23

Dünyada milyonlarla insan xarici ölkələrə səfər edərkən pasport daşımaq məcburiyyətindədir. Lakin beynəlxalq protokollara görə, cəmi üç nəfər bu qaydadan istisnadır.

Musavat.com xəbər verir ki, pasportsuz sərhəd keçmək hüququna sahib olan şəxslər Böyük Britaniya kralı III Çarlz, Yaponiya imperatoru Naruhito və imperatriça Masakodur.

Böyük Britaniya hökmdarı xarici səfərlər zamanı pasport daşımaq məcburiyyətində deyil. Kraliça II Elizabetin ölümündən sonra bu xüsusi imtiyaz onun oğlu, hazırkı kral III Çarlza keçib.

Britaniya Kral Ailəsinin rəsmi məlumatına görə, hökmdarın beynəlxalq səfərlərində adi pasport tələb olunmur. Bunun əvəzinə kral üçün xüsusi sənəd hazırlanır. Sənəddə digər ölkələrin hakimiyyət orqanlarından onun sərbəst şəkildə ölkəyə daxil olmasına, keçməsinə və səfər zamanı lazımi müdafiə və yardım göstərilməsinə şərait yaratmaları xahiş edilir.

Bu imtiyaz yalnız hökmdara aiddir. Kral ailəsinin digər üzvləri xarici səfərlərində adi və ya diplomatik pasportlardan istifadə edirlər.

Pasportsuz səyahət etmək hüququ Yaponiya imperatoru Naruhito və onun həyat yoldaşı imperatriça Masakoya da şamil olunur.

Bu xüsusi statusun 1971-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin hazırladığı sənədə əsaslandığı bildirilir. Həmin qaydalara əsasən, imperator və ya imperatriçəyə pasport verilməsi, eləcə də onların digər ölkələrə giriş zamanı adi sərhəd prosedurlarından keçirilməsi uyğun hesab edilmir.

İmperator və imperatriça xarici səfərlər zamanı pasport əvəzinə Yaponiya Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilən xüsusi sənəddən istifadə edirlər. Səfərdən əvvəl Yaponiya hökuməti onların səfəri barədə qəbul edən ölkənin hakimiyyət orqanlarını məlumatlandırır.

Bu xüsusi imtiyaz yalnız imperator və imperatriçəyə aiddir. Yaponiya imperator ailəsinin digər üzvləri isə xarici səfərlər zamanı diplomatik pasport daşıyırlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Bu tarixlərdə bəzi məktəblərdə tədris -

03.09.2026 15:30 Təhsil

Qərbi azərbaycanlı məktəblilərlə görüş keçirilib -

03.09.2026 15:20 Cəmiyyət

Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? -

03.09.2026 14:00 Təhsil

90-cı illərdə hərbi xidmət edənlərə kompensasiya veriləcək? –

03.09.2026 12:50 Cəmiyyət

Kamil Bektaşiyə ASCO-da yeni vəzifə verildi

03.09.2026 12:45 Cəmiyyət

Sərnişinlər tıxacda qaldı:

03.09.2026 12:28 Cəmiyyət

Elçin Əmirbəyov: Cənubi Qafqazla bağlı mövzulara minatəmizləmə prosesi də əlavə olunmalıdır

03.09.2026 11:38 Cəmiyyət

"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" -

03.09.2026 10:01 Şou-Biznes

Tanınmış estetik həkim HƏBS EDİLDİ - FOTO

03.09.2026 09:34 Cəmiyyət

Dəhşətli xəstəlik yenidən yayılır –

03.09.2026 09:32 Cəmiyyət

Faizlə pul verib gəlir əldə edənlərə

03.09.2026 09:04 Cəmiyyət

Bu şəxslər üçün qısaldılmış iş vaxtı müəyyən edilir

02.09.2026 20:11 Cəmiyyət

Şair niyə şantajçı olsun ki? -

02.09.2026 19:41 Mədəniyyət

Qısaldılmış iş vaxtı kimlərə şamil olunur? -

02.09.2026 17:43 Cəmiyyət

Fuad Əsgərov: “Həkimə verilən dəyər cəmiyyətimizin inkişafına verilən dəyərdir”

02.09.2026 17:00 Cəmiyyət

Mal əti bahalaşdı

02.09.2026 15:43 Cəmiyyət

Bakıda avtomobildən 78 min manat oğurlandı

02.09.2026 15:14 Gündəm

Nazir Əməkdar artistə vəzifə verdi

02.09.2026 14:49 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək