Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Çindən Azərbaycana turist axını artıb
Çindən Azərbaycana turist axını artıb
Turizm

Çindən Azərbaycana turist axını artıb

Xpress.az Redaksiyası 10.09.2026 13:04

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb.

Xpress.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanla Çin arasında turizm sahəsində qarşılıqlı əlaqələr plana uyğun və sistemli şəkildə möhkəmləndirilir.

"Ötən il tərəfdaşlığımızın yeni istiqamətlərinin həyata keçirilməsinə başladıq. 2026-cı il Azərbaycanda Çin Turizm İli elan edilib, may ayında isə Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyinin açılışı olub. Pekin ofisimiz Çin bazarının Azərbaycanla daha ətraflı tanış olmasına və ölkəmizin müxtəlif turizm imkanlarının Çin auditoriyası arasında təşviqinə əhəmiyyətli töhfə verib. Təkcə bu ilin avqust ayında Çindən gələn turistlərin sayında 5 % artım qeydə alınıb", - T.Süleymanzadə qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək