Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Məkkə İttifaqı” ciddi sınaq qarşısında:
“Məkkə İttifaqı” ciddi sınaq qarşısında:
Ana səhifə

“Məkkə İttifaqı” ciddi sınaq qarşısında: Bölgədə “ikinci Hörmüz” böhranı yaranır - FOTO

Xpress.az Redaksiyası 11.09.2026 00:01

“Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının yenicə qurduğu “Məkkə İttifaqı” ciddi sınaq qarşısındadır: bir tərəfdə Dəməşqin 35 kilometrliyinə qədər gəlib çıxmış və Hermon yüksəkliyində post qurmuş İsrail ordusu var, o biri tərəfdə də Səudiyyənin dəstəklədiyi qüvvələri məğlub edərək, sürətlə Bab əl-Məndəb boğazını nəzarətə götürən Yəmən husiləri – İranın kömək etdiyi “Ənsərullah”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şükürlü bildirib.

O qeyd edib ki, “Məkkə İttifaqı”nın İsrail ordusunun Suriyada və Livanda irəliləməsinə göz yumub Səudiyyə Ərəbistanının şiə husilərə qarşı hücum əməliyyatlarına dəstək verməsi yenicə formalaşan bu birliyin İslam həmrəyliyini, Ümmət maraqlarını qorumaq məqsədi ilə yaradıldığı haqda bütün təbliğatı puça çıxarar.

Politoloqun qənaətincə, baş verənlər sünni-şiə ziddiyyətini yenidən və çox kəskin şəkildə körükləyər, son illər yaxınlaşan İran-Türkiyə-Pakistan münasibətlərini isə təkrar çıxılmaza itələyər: “Ancaq Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin gurultulu bəyanatlarla başladığı və “Məkkə İttifaqı”nı da çətin vəziyyətdə qoyan "paytaxt Sənanı azadetmə əməliyyatı" hazırda "görünməz bir güc"ün əli ilə tam şəkildə husilərin lehinə çevrilməkdədir. Hökumət qüvvələrinə dəstək məqsədi ilə gətirilmiş silahlılar vuruşmaqdan imtina edərək, könüllü şəkildə husilərə təslim olur. Husilər də sürətlə Bab əl-Məndəb ətrafındakı liman şəhərləri ələ keçirirlər. Artıq nüfuzlu "Reuters" agentliyi strateji Moxa limanının husilərin əlində olduğunu təsdiqləyən görüntülər yayıb”.

E.Şükürlü vurğulayıb kirRəsmi Yəmən hökumətinin husilərə qarşı əməliyyatının daxildən sabotaj edildiyi göz önündədir: “Məkkə İttifaqı” təmsilçiləri – Pakistan və Türkiyə isə bu əməliyyata qoşulmağa tələsmirlər. Çox güman ki, həm Türkiyədə, həm də Pakistanda Sənanın husilərdən azad edilməsi adı altında həyata keçirilən bu əməliyyatın İsrailin təhriki ilə başladığını və yenicə qurulan “Məkkə İttifaqı”nın pozulmasına, genişlənməsinin qarşısının alınmasına və İran əleyhinə çevrilməsinə hesablandığını çox yaxşı bilirlər. Bu səbəbdən də hadisələrə soyuqqanlı yanaşırlar. Üstəlik, husilər əməliyyatın istiqamətini də dəyişiblər. Əvvəllər Səudiyyəyə hücum etsələr də, artıq əsas diqqəti Yəmənin öz ərazisinə - Bab əl-Məndəbin sahil rayonlarının nəzarətə götürülməsinə yönəldiblər. Beləliklə, “ikinci Hörmüz” böhranı Ədən körfəzində, Qırmızı dənizin sahilində yaranır. Bu, Körfəz neftini dünya bazarına çıxaran ikinci qapının da İranın nəzarətinə keçməsi, onun ABŞ ilə danışıqlarda mövqeyini xeyli gücləndirməsi, İsrail limanlarına gediş-gəlişin isə təhlükəyə düşməsi deməkdir”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək