Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Cəmiyyət

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

Xpress.az Redaksiyası 24.09.2026 09:41

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

 Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?

 Pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsini nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanuna görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların Dövlət Statistika Komitəsinin açıqladığı ortaaylıq əməkhaqqının illik nominal artımına uyğun olaraq həyata keçirilir. Yəni əvvəlki ildə ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da o qədər artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən reallaşdırılır.

Artımın nə qədər olacağına gəldikdə isə 2026-ci il yekunlaşmadığından il üzrə ortaaylıq əməkhaqqının artım göstəricisi məlum deyil. Bununla belə, bir qayda olaraq əməkhaqqı artımları ilin birinci yarısında həyata keçirildiyindən illik göstərici də əsasən bu dövrdə formalaşır. Məsələn, 2025-cı ilin yanvar-iyul aylarında əməkhaqlarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artım qeydə alınıb. 12 aylıq artım göstəricisi isə bundan ciddi fərqlənməyərək 9,3 faiz təşkil edib. Eyni vəziyyət əvvəlki illərdə də müşahidə olunub.

 2026-cı ilin yanvar-iyul aylarında isə ölkə üzrə əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artıb. Lakin maraqlıdır ki, 7 ay üzrə artım tempi illik artım proqnozunu üstələyib. Belə ki, 2026-cı ildə orta aylıq əməkhaqqı məbləğinin təxminən 6 faiz artacağı proqnozlaşdırılıb.

 2026-cı ildə əməkhaqqı artımı əsasən ilin birinci rübündə formalaşıb. Belə ki, yanvar ayında orta aylıq əməkhaqqının artımı 3,8 faiz olsa da, yanvar-mart ayları üzrə bu göstərici 6,2 faizə yüksəlib. Sonrakı 4 ayda isə cəmi 1 faiz bəndi artıb.

 Qeyd edilənlər 2026-ci ildə ortaaylıq əməkhaqqının təxminən 8 faiz artacağına işarə edir. Bu da əmək pensiyalarının 2027-ci ildə bu həddə artacağını deməyə əsas verir. Belə olan halda 2027-ci ildə hazırda 400 manat pensiya alan şəxsin pensiya məbləği 32 manat artaraq 432 manata, 500 manat pensiya alanın isə 40 manat artaraq 540 manata yüksəlmiş olacaq. Xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiya məbləğlərində də eyni qaydada artım tətbiq ediləcək.  

 Pensiyaların qeyd edilən indeksləşdirilmə göstəricisi reallaşacağı halda 2026-cı il üzrə proqnozlaşdırılan 5,7 faizlik orta inflyasiyanı üstələmiş olacaq. Bu da əmək pensiyalarının alıcılıq qabiliyyətinin növbəti ildə də qorunub saxlanılacağı deməkdir.    

 Qeyd etmək yerinə düşər ki, pensiyaların məbləğlərinə, həmçinin minimum pensiya məbləğinin artırılması da təsir edir. Belə ki, minimum pensiya məbləğinin artırılması bu həddə pensiya alanların pensiyasının artmasına imkan verir. Pensiyaların minimum məbləği sonuncu dəfə 2025-cü ilin fevralın 1-də 40 manat artırılaraq 320 manata çatdırılıb. Bu göstərici “Əmək pensiyaları haqqında” Qanuna dəyişiliklik edilməklə artırılır. Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80 faizində saxlanılacağı bildirilib. Bu mənada hazırda minimum pensiya məbləği minimum əməkhaqqının (400 manat ) 80 faizinə bərabərdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək