Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Bolmart”da spirtli içkiləri götürüb qaçan şəxs bı...
“Bolmart”da spirtli içkiləri götürüb qaçan şəxs bıçaqla əməkdaşlara hücum etdi –
Cəmiyyət

“Bolmart”da spirtli içkiləri götürüb qaçan şəxs bıçaqla əməkdaşlara hücum etdi – QƏRAR

Xpress.az Redaksiyası 25.09.2026 08:22

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Akif Məhərrəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilib. Təqsirləndirilən şəxs ittihamından Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi rəqəm ifadəsi olaraq xaric olunub. Akif Məhərrəmov Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi 8 il 3 aya endirilib.
 
Qeyd: İbtidai istintaq orqanının ilkin qənaətinə görə, təqsirləndirilən şəxs 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi 18 C ünvanında yerləşən “Bolmart” mağazasına müştəri kimi daxil olub. O, mağazanın vitrindən dəyəri 278 manat 59 qəpik olan “BALVENIE 700ML V1058 DOUBLEWOOD 14 CARIB” adlı spirtli içkini gizli şəkildə götürərək mağazadan çıxıb.
 
Beləliklə, həmin epizod üzrə zərərçəkmiş “Bolmart” mağazasına 278 manat 59 qəpik məbləğində maddi ziyan vurulub.
 
Təqsirləndirilən şəxs bu əmələ görə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə də ittiham olunub.
 
İttihama görə, Akif Məhərrəmov 2025-ci il tarixdə saat 20 radələrində yenidən həmin ünvanda yerləşən “Bolmart” mağazasına müştəri kimi gəlib. Bu dəfə o, vitrindən dəyəri 278 manat 59 qəpik olan “BALVENIE 700ML V1058 DOUBLEWOOD 14 CARIB” və 107 manat 15 qəpik dəyərində “CHIVAS REGAL 700ML EXTRA” adlı spirtli içkiləri gizli şəkildə götürüb. Akif Məhərrəmov içkiləri götürdükdən sonra mağazanı tərk edərək küçəyə çıxıb. Lakin mağazada paketləyici işləyən zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) və satıcı işləyən zərərçəkmiş D.D. (adı, soyadı şərtidri) onun hərəkətlərini görüb və arxasınca düşüblər.
 
Həmin şəxslər təqsirləndirilən şəxsi saxlamaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi 19 ünvanında yerləşən avtobus dayanacağına qədər təqib ediblər. Akif Məhərrəmov onun hərəkətlərinin mağaza əməkdaşları tərəfindən aşkar edildiyini başa düşüb. Buna baxmayaraq, ələ keçirdiyi əmlakı özündə saxlamaq məqsədilə müqavimət göstərib. O, üzərində olan və silah qismində istifadə etdiyi oboy bıçağının tiyə hissəsini zərərçəkmiş şəxslərə göstərərək onların həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib.
 
Beləliklə, əvvəlcə gizli şəkildə əmlakın ələ keçirilməsinə yönələn hərəkətlərin sonradan mağaza əməkdaşlarının müdaxiləsi ilə quldurluq xarakteri aldığı bildirilir.
 
İttiham üzrə ikinci epizod nəticəsində “Bolmart” mağazasına ümumilikdə 385 manat 73 qəpik məbləğində maddi ziyan vurulduğu qeyd edilib.
 
Hadisədən sonra Akif Məhərrəmov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsi işə baxarkən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ümumi ittihama hüquqi qiymət verib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə ittiham ümumi ittihamdan xaric edilib.
 
Bununla yanaşı, məhkəmə Akif Məhərrəmovu Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Məhkəmənin hökmünə əsasən, ona 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək