Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə ol...
Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq
Cəmiyyət

Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq

Xpress.az Redaksiyası 26.09.2026 15:15

Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlər bir sıra qaydalara əməl etməlidirlər. Bu tələblərin pozulmasına görə bəzi hallarda cərimə də tətbiq olunur.

 “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, sərnişin gediş haqqını vaxtında və tam ödəməli, bileti və ya gediş hüququnu təsdiq edən sənədi saxlamalı, tələb olunduqda nəzarətçiyə təqdim etməlidir.

Şəhərdaxili avtobusda ödəniş etmədən getməyə görə sərnişin 5 manat, şəhərlərarası avtobusda biletsiz getməyə görə 15 manat, beynəlxalq marşrut üzrə avtobusda biletsiz getməyə görə isə 25 manat cərimə edilir.

Qaydalara əsasən, sərnişin avtobusda daşınmasına icazə verilməyən əşyaları aparmamalıdır. Belə baqaj aşkarlandıqda onunla gedişə davam etməyə yol verilmir və təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilə bilər.

Bundan başqa, avtobusda tütün çəkmək də qadağandır. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrut avtobuslarında tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.

Sərnişinlər həmçinin avtobusda müəyyən edilmiş baqaj və əl yükü qaydalarına riayət etməli, öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlərlə daşıyıcıya və digər sərnişinlərə zərər vurduqda həmin zərərin əvəzini ödəməlidirlər.

Qaydaları pozan və cəriməni ödəməkdən imtina edən və ya şəxsiyyəti müəyyənləşdirilə bilməyən sərnişin daxili işlər orqanlarına gətirilə bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilən bəzi pozuntular birbaşa sərnişinlərə deyil, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarını həyata keçirən şəxslərə aid məsuliyyət də yaradır. Buna görə hər bir pozuntu üzrə cərimənin kimə tətbiq edildiyini ayrıca müəyyənləşdirmək lazımdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək