Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlan...
Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
Cəmiyyət

Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı

Xpress.az Redaksiyası 28.09.2026 09:49

ABŞ-nin Kaliforniya Universitetində aparılan klinik araşdırma xroniki yuxusuzluğun müalicəsində istifadə olunan koqnitiv davranış terapiyasının bioloji yaşlanma prosesini yavaşlada biləcəyini göstərib.

Tədqiqatda xroniki yuxusuzluq yaşayan, yaşı təxminən 60 və daha yuxarı olan 100 yetkin iki il ərzində izlənilib.

İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb. Qruplardan biri yalnız yuxu ilə bağlı ümumi maarifləndirici təlim alıb, digərinə isə düşüncə və yuxu davranışlarının dəyişdirilməsinə yönəlmiş mütəxəssis nəzarətli koqnitiv davranış terapiyası tətbiq olunub.

İştirakçıların qan nümunələri və sağlamlıq göstəriciləri də araşdırılıb. DNT-də epigenetik dəyişikliklər əsasında bioloji yaşlanma sürətini ölçən “DunedinPACE” göstəricisi üzrə aparılan təhlil nəticəsində yalnız ümumi yuxu təlimi alan qrupda bioloji yaşlanma sürətinin artdığı müəyyən edilib. Koqnitiv davranış terapiyası alan iştirakçılarda isə yaşlanma sürətinin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb.

Araşdırmada yuxusuzluğun müalicəsində dərmansız yanaşma olan koqnitiv davranış terapiyasının hüceyrə səviyyəsində yaşlanma ilə əlaqəli “p16INK4a” markerinin səviyyəsini də azaltdığı müəyyənləşdirilib.

Tədqiqatçılar bunun yuxusuzluğun aradan qaldırılmasının qanda dövr edən yaşlı və zədələnmiş hüceyrələrin azalması ilə əlaqəli ola biləcəyini bildiriblər.

Tədqiqatın aparıcı müəllifi doktor Cudit Kerroll yuxunun yaşlanma prosesində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, yaşlı insanlarda yuxusuzluq çox vaxt yalnız həyat keyfiyyəti problemi kimi qiymətləndirilir. Lakin araşdırmanın nəticələri yuxusuzluğun orqanizmin bioloji yaşlanmasına təsir edən və müdaxilə edilə bilən risk faktoru ola biləcəyini göstərir.

Mütəxəssislər keyfiyyətli və fasiləsiz yuxunun iltihabı, stresslə əlaqəli hüceyrə zədələnməsini azaltmağa kömək etdiyini, bunun isə yaşlılıq dövründə demensiya və ürək xəstəlikləri ilə bağlı risklərə təsir göstərə biləcəyini bildiriblər.\\qafqazinfo.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?

06.11.2026 12:06 Cəmiyyət

Bakıda həbsxanada dava:

06.11.2026 11:48 Hadisə

Səhiyyə Nazirliyi əhaliyə çağırış edib

06.11.2026 11:23 Sağlamlıq

“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

06.11.2026 10:31 Hadisə

Azərbaycan və Ukrayna Fəaliyyət Planı qəbul edib

06.11.2026 10:25 İqtisadiyyat

Bir neçə rayona qar yağıb -

06.11.2026 09:55 Hadisə

Fatmayıda partlayış olub,

06.11.2026 09:24 Hadisə

Axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib

06.11.2026 09:07 Hadisə

Bu türk ölkəsi eneji içkilərini qadağan edir

05.11.2026 17:58 Dünya

“Zəfər arzuları” adlı sosial aksiya keçirilib -

05.11.2026 17:42 Cəmiyyət

Azərbaycana gətirilən 23 tondan çox quş əti məhv edilib

05.11.2026 17:28 Hadisə

"Qədiroğlu" MMC-nin idxal etdiyi yağın satışı dayandırıldı

05.11.2026 16:47 Hadisə

Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub -

05.11.2026 16:43 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək