Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə İstanbula uçan təyyarədə sərnişin stüardessanı diş...
İstanbula uçan təyyarədə sərnişin stüardessanı dişlədi -
Hadisə

İstanbula uçan təyyarədə sərnişin stüardessanı dişlədi - HƏYƏCANLI ANLAR

Xpress.az Redaksiyası 01.10.2026 10:28

Londondan İstanbula uçan "AJet" şirkətinə aid təyyarədə sərxoş sərnişin insident yaradıb.

Bu barədə "Turkiye Today" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bələdçi qadın sərnişinlərdən birinin yanındakı şəxsə qarşı təcavüzkar hərəkətlərinin qarşısını almağa çalışıb. Bu zaman sərxoş kişi stüardessanı dişləyib. Daha sonra isə başqa bir sərnişinə hücum çəkib. Təyyarə eniş edənə qədər ekipaj üzvləri öz gücləri hesabına qaydanı pozan şəxsi zərərsizləşdirməyi bacarıblar.

Hava limanında isə həmin kişi polisə təhvil verilib. "AJet" aviaşirkəti bu şəxsi "qara siyahı"ya salaraq, ona öz reyslərindən istifadə etməyi ömürlük qadağan edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək