Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Ağstafada müəllimlər arasında dava:
Ağstafada müəllimlər arasında dava:
Hadisə

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Xpress.az Redaksiyası 01.10.2026 12:13

Ağstafa rayonunda məktəbdə dava olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumata görə, hadisə Ağstafa 1 saylı tam orta məktəbdə baş verib. Məktəbin ibtidai sinif müəllimi Pərvanə Məmmədova xəsarətlə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müəllimin dediyinə görə, o, məktəbin digər ibtidai sinif müəllimi Sevinc Əhmədova tərəfindən döyülüb. Hadisəyə səbəbin dərs bölgüsü olduğu bildirilir. S.Əhmədovanın builki dərs saatı az olub və o, bunun günahını müəllim həmkarında görüb. Nəticədə hər iki xanım arasında dava olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək