Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaş...
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
Maraqlı

Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı

Xpress.az Redaksiyası 09.10.2026 09:59

Türkmənistanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan səhər saatlarında Türkmənbaşı şəhərində velosipedlə yürüşə çıxıb.

Ermənistan Baş naziri sosial şəbəkə hesablarında bu barədə paylaşım edib və videonun sonunda əli ilə hər zaman etdiyi ürək simvolunu tutub.

Videoda diqqət çəkən məqam isə N.Paşinyanın həmin görüntüləri Azərbaycan dilində səslənən mahnının müşayiəti ilə paylaşması olub. 

Mahnının sözlərinin Azərbaycan dilində olması Ermənistan hökumət başçısının izləyiciləri arasında müzakirələrə səbəb olub. Bəziləri Paşinyanın mahnının türkmən dilində olmasını zənn etdiyini bildirib.

Qeyd edək ki, sözügedən mahnı Zeynəb Həsəni adlı azərbaycanlı ifaçıya məxsusdur. Videodakı musiqinin janrından isə Paşinyanın sözügedən mahnının süni intellekt versiyasını dinlədiyini demək mümkündür. 

Həmin görüntüləri təqdim edirik:

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək